Kembric Universitetinin mütəxəssisləri deyirlər ki, bizi əhatə edən rənglər müəyyən psixoloji təsir göstərməyə qadirdir. Bundan başqa, rənglər fikirləri tamamilə müxtəlif tərəflərə yönəldə bilər.
Tədqiqat zamanı ekspertlər eksperiment iştirakçılarından müxtəlif mənəviyyat dilemmalarını qiymətləndirməyi xahiş ediblər. Bu zaman alimlər qara, ağ və rəngli fon yaradaraq müəyyən sualları ekrana çıxarıblar. Aydın olub ki, insanlar ağ və ya qara rəng qarşısında, yəni monoxrom fonda daha radikal fikir söyləyə bilirlər.
Mütəxəssislərin fikrincə, hətta interyer detallarının rəngi beyində fikirlərin formalaşmasına müəyyən təsir göstərə bilər. Məsələn, divardan asılmış qara rəngli xalça mənfi əhval-ruhiyyənin formalaşmasına təsir göstərməyə qadirdir, qırmızı rəng isə təhlükə və sayıqlıq hissi yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB