Britaniyalı alimlər qadının ən gözəl yaş həddi barədə araşdırma aparıblar. Məlum olub ki, ən gözəl yaş 31-dir. Məhz bu dövrdə qadın öz cazibədarlığının pik nöqtəsində olur. Təbii gözəllik, özünə əminlik, illərin təcrübəsi onun gənc qızlardan daha gözəl görünməsinə təsir edir.
Bu nəticəni əldə etmək üçün minlərlə insan arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 70 faizi özünə əminliyi cazibədarlığın əsas amili adlandırıblar. 47 faiz isə bu suala “öz stili” cavabını verib. Onların fikrincə, özünəməxsusluq istənilən qadını diqqət mərkəzində qalmasına kömək edir.
Tədqiqatçılar bu sorğu nəticəsində daha bir maraqlı faktın sirrini açıblar. Sən demə, şəhərdə yaşayan qızlar özlərinə daha çox əmin olurlar. Regionlarda isə əminliyin faiz dərəcəsi nisbətən aşağı olur. Özünə inam isə 28 yaşdan sonra daha da güclənməyə başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB