Evsizlər arasında futbol üzrə dünya çempionatı başlanıb

Rio-de-Janeyronun Kopakabana çimərliyində evsizlər arasında futbol üzrə dünya çempionatı başlanıb. SİA-nın məlumatına görə, UEFA-nın dəstəyi ilə keçirilən turnirdə 60 ölkədən oyunçular iştirak edirlər. Futbolçuları birləşdirən başlıca cəhət onların evsiz olması, yaxud sosial statuslarını itirdikləri üçün yoxsul vəziyyətə düşməsidir.

Turnirin şüarı bircə sözdən ibarətdir - "Hörmət". Təşkilatçıların fikrincə, ayrı-seçkiliyə yer olmayan futbol insana özünü taleyinin sahibi hiss etməkdə kömək edir. Bu isə həyatda dönüş yaratmağa və cəmiyyətə inteqrasiya etməyə kömək göstərir.

"Dördün dördə" formatında keçirilən oyunlar hər biri 7 dəqiqə çəkən 2 taymdan ibarətdir. Meydançanın uzunluğu 22, eni 16 metrdir. Evsizlər arasında dünya çempionu sentyabrın 26-da müəyyən ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə