Avropa İttifaqı bütün ölkələri yeni prinsiplərə riayət etməyə çağırır

Vilnüs şəhərində keçirilən İnternetin İdarəolunması Forumunda Avropa İttifaqı tərəfindən Qlobal Şəbəkənin idarə edilməsinə dair əsas prinsiplər toplusu təqdim olunub. SİA-nın məlumatına görə, Avropa İttifaqı bütün ölkələri yeni prinsiplərə riayət etməyə çağırır.

İnternet haqqında müqavilə layihəsində Şəbəkənin idarə edilməsi üzrə əsas amillər öz əksini tapıb. Buraya həmçinin hər bir ölkə tərəfindən internetin texnoloji baxımdan dəstəklənməsi, eləcə də söz azadlığı hüquqlarının və şəbəkə neytrallığı prinsiplərinin (yəni bütün internet-trafikə eyni hüquqlar) qorunması daxildir.

Bundan əlavə, layihənin müəllifləri təhlükəli məqamların aşkar olunması və aradan qaldırılması, eləcə də şəbəkələrin mümkün kiberhücumlardan qorunması məqsədilə müxtəlif ölkələr arasında beynəlxalq əməkdaşlığın vacibliyi haqqında xəbərdar edir.

Sənəddə deyilir ki, "şəbəkələrarası əlaqələrin infrastruktur, xidmət və kontent baxımdan təmin olunması məqsədilə internetin fundamental funksiyaları və əsas prinsipləri internet-arxitekturasının bütün təbəqələrində saxlanılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...