Qarpız təzyiqi salmağa kömək edir

Qarpız təzyiqi salmağa kömək edir

Florida Universitetinin (ABŞ) alimləri hipertoniklər üçün maraqlı olan belə bir qənaətə gəliblər ki, qarpız yüksək təzyiqin normallaşmasına və damarların elastikliyinin qorunub saxlanmasına kömək göstərir. American Journal of Hypertension jurnalının səhifələrində dərc olunmuş yazıda deyilir ki, qarpızda olan təbii ekstraktlar onlardakı yüksəkhəcmli amin turşuları – arginin və tcitrullin sayəsində nəzarət altında təzyiqin aşağı salınması prosesi üçün istifadə oluna bilər.

Tədqiqat zamanı orta yaş dərəcəsindən olan 58 yaşlı 40 könüllü altı həftə qarpız cövhəri və ya platsebo qəbul edib. Müalicə kursu başa çatdıqdan sonra daha iki həftə eksperimentdə iştirak edənlərin səhhəti müşahidə edilib.

Alimlərə görə,cövhər qəbul edən qrupda qan təzyiqinin yuxarı göstəricisi platsebo (boş toz) qəbul edənlərə nisbətən 15,1 və 11,5 bənd aşağı düşmüşdür. Aşağı təzyiq göstəricisi də 7,6 və 7,8 xətt enmişdir.

Tədqiqatçılar bildirirlər ki, yuxarıda göstərilən nəticələr əksəriyyət iştirakçılar üçün hipertoniyanın öhdəsindən gəlməkdə yetərli olmuşdur.

2011-ci ildə Coldiretti kənd təsərrüfatı məhsulları istehsalçılarının aparıcı milli assosiasiyasını təmsil edən İtaliya seleksiyaçıları Romada yeni pomidor növü yetişdirmişlər. Onun qida rasionuna daxil edilməsi qocalma proseslərini ləngidəcək, orqanizm daha sağlam olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə