İki tikə pendir yemək, şəkərli diabet riskini 12 faiz aşağı salır
Gündə cəmi iki tikə pendir yeməklə II tip şəkərli diabet riskini 12 faiz aşağı salmaq olar. Həmin tip diabet izafi çəki ilə bağlıdır.
Alimlərin fikrincə, bunun səbəbi pendirin fermentasiyasındadır. Britaniya və Hollandiya alimləri problemi araşdırmaq fikrinə gəlmiş və 16 min 800 sağlam və 12 min 400 şəkərli diabet xəstəsini müayinə etmişlər. Məlum olmuşdur ki, gündə 55 qram pendir yeyən adamlarda diabet riski 12 faiz aşağıdır. Pendirin tərkibindəki probiotik maddələr insan orqanizmində xolesterinin miqdarını aşağı salır. Üstəlik, pendirdə insan orqanizmi üçün çox xeyirli D vitamini, kalsium və maqnezium vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB