Yay aylarında isti havalarla bağlı ürək-qan damar sistemində təzyiqin yüksəlməsi ilə infarkt riski də artır. Belə ki, həddindən artıq isti havalar təzyiqin aşağı düşməsinə, damarın sıxılmasına və ürəyə gedən qan axını tarazlığının pozulmasına səbəb olur.
Hazırda ürək xəstəlikləri arasında həm kişiləri, həm də qadınları qorxudan infarkt halıdır. Lakin bununla bağlı bəzi insanlar həkilmlərə çox gec müraciət edirlər. Ürək xəstəliyi olan insanlar, xüsusilə də yay aylarında, bəzi normalara riayət etməlidirlər. Belə ki, onlar tox qarına dənizə girməməli, çox yağlı yeməklər yeməməli, əksinə bol tərəvəz, qaynadılmış və ya yüngül qızardılmış qidalara üstünlük verməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB