Gila kərtənkələsinin zəhəri iştahanı xeyli aşağı sala bilər. Alimlərn siçanlar üzərində apardıqları eksperimentlər göstərib ki, kərtənkələ tüpürcəyindən hazırlanmış preparatı qəbul edən gəmiricilər şokolad yeməkdən imtina ediblər. Kərtənkələ tüpürcəyində eksedin-4 maddəsi vardır. Həmin maddə qida məhsulundan asılılığa nəzarət edən beyinə təsir edə bilir.
Dosent Karolina Skibiska demişdir ki, pəhrizlərin çoxu səmərə vermir, çünki insanlar yeməyə meyllidirlər, xüsusilə də konfet məhsullarını. Yeməyə qarşı həvəsi öldürən eksedin-4 insanlara artıq çəkidən xilas olmaqda kömək edə bilər. Alimlər hesab edirlər ki, eksedin-4 alkoqolizmi də müalicə edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB