Kaliforniya Universitetinin tədqiqatçıları sübut ediblər ki, acı istiot artıq çəkidən azad olunmaq üçün yaxşı vasitətir. İndi isə, bu mövqedən çıxış edən koreyalı alimlər istiotun tərkibinə daxil olan və insanı asqırdan birləşmələrin köməyi ilə artıq çəkidən xilas olmağı təklif edirlər. İlkin sınaqlar göstərib ki, bu bitkinin tərkibindəki piperin yeni yağ hüceyrələrinin yaranmasına imkan vermir. Deməli, nəzəriyyədə piperin piylənmə əleyhinə preparatların gözəl təbii alternativi ola bilər.
Hazırda Seyonq Universitetinin alimləri acı istiotun laboratoriya və kompyuter modellərində piy toxumalarındakı genlərə təsirini sınaqdan keçirirlər. Əldə edilən nəticələrə görə, piperin yeni piy hüceyrələrinin yaranması arxasında duran genlərin fəallığına mane olur. Bununla da piyin yaranmasına nəzarət edən zəncirvari reaksiya əmələ gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB