Yer kürəsi əhalisinin ən böyük nailiyyətlərindən biri sayılan sabun bir vaxtlar antisanitariyaya qarşı bəlkə də yeganə mübarizə vasitəsi olmuşdur. İnsanlar necə öz ürəklərini tütünlə, sinir sistemlərini və qara ciyərlərini alkoqollu içkilərlə məhv edirlərsə, eləcə də özlərini cürbəcür kimyəvi maddələrin qatışığı ilə yuyunmağa öyrədirlər ki, bu da sonunda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Sabun köpüyünü yuyucu vasitələrin tərkibindəki qələvi maddə - kaustik soda əmələ gətirir. Bir kiloqram piyə 425 qram kaustik soda əlavə edilir. Dəri isə zəif turşu reaksiyalıdır. Qələvi sumbata kimi təsir göstərir, dərinin qoruyucu təbəqəsini sözün əsl mənasında qoparır. Bu səbəbdən də dermatozlara və digər dəri xəstəliklərinə mübtəla oluruq. Sabunun qıcıqlandırıcı təsirinə uşaqlar daha həssasdırlar. Prinsip etibarilə yaxşı sabunun olmaması problemi daha da ağırlaşdırır. “Uşaq” sabunu istənilən başqa sabun kimi uşaq dərisini heç də az qıcıqlandırmır. Bütün deyilənləri şampuna da şamil etmək olar.
Bəs yuyucu vasitələrin dəriyə vurduğu ziyanı necə zərərsizləşdirmək, heç olmazsa, minimuma endirmək olar?
Hamamda yuyunarkən, yaxud duş alarkən sabundan deyil, geldən istifadə etmək daha məqsədəuyğundur. Yuyucu vasitəni seçərkən tərkibində iki ən arzuolunmaz maddənin – propilen qlikolun və sulfat laurilin olub-olmadığına diqqət yetirmək lazımdır.
Propilen qlikol sadalanan komponentlər sırasında birinci gəlirsə, deməli, şampunun və gelin tərkibində onun miqdarı lap çoxdur. Yaxşı olar, həmin yuyucu vasitədən tamamilə imtina edəsiniz. Həmin maddə siyahının sonunda yer alıbsa, deməli, faizi azdır. Yaxşı olar, həmin maddə heç istifadə olunmasın, çünki propilen qlikol dərinin ən dərin qatlarındakı mühüm komponentləri onun səthinə çıxarıb, bəzi hallarda böyrəkləri zədələyir, qara ciyərin fəaliyyətini pozur. Sulfat lauril isə piyi əridir, dərini qurudur, gözlərə və qara ciyərə ziyan vurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB