İlk günəş enerjisi ilə çalışan avtomobillər

Türkiyənin ilk rəsmi günəş enerjisi ilə çalşan avtomobilləri yollara çıxıb. SİA-nın məlumatına görə, Adıyaman Universiteti texnologiya fakültəsi dekanlığı tərəfindən hazırlanan avtomobillər böyük maraqla qarşılanıb.

 

Bu iki minik vasitəsi "Firat" və "Komagene" Günəş enerjisiylə çalışır. Maşınlara adları universitetin tələbələri verib. Bölgənin şərtlərinə uyğun olaraq hazırlanan maşınlar saatda 50 km sürətlə hərəkət edir. Həm ətraf mühiti çirkləndirmir, həm də yanacaq işlətmir.

Bütün xəbərlər Facebook səhifəmizdə