Harvard alimləri: Qızardılmış ətlər xərçəngdən də təhlükəlidir

Harvard alimləri: Qızardılmış ətlər xərçəngdən də təhlükəlidir

Harvard alimləri mal, qoyun və at ətindən hazırlanan yeməklər barəsində “hökm” çıxarıblar. Uzun sürən eksperimentin başlıca məqsədi bu məhsulun istehlakı ilə gənclər arasında ölüm hallarının artması arasında əlaqəni müəyyənləşdirmək olub. Məlum olub ki, müntəzəm olaraq qanlı ət yeyən insanlar arasında xərçəng xəstəliyinin ağır formalarına tutulanların və ürək problemlərindən ölənlərin sayı 10 faiz çoxdur. Möhkəm qızardılmış mal və ya qoyun əti isə ikiqat təhlükəlidir.

Ət məhsullarında daha bol istifadə olunan duz isə sağlamlıqla əlaqədar çox ciddi problemlər yaradır və hətta erkən ölümə səbəb olur. Maraqlıdır ki, həkimlər 120 min adamı müşahidə edərək belə qənaətə gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə