Hamiləlikdə siqaret çəkən qadınlar dünyaya cinayətkarlar gətirirlər

Hamiləlikdə siqaret çəkən qadınlar dünyaya cinayətkarlar gətirirlər

Harvard Universitetinin alimlərinə görə, hamiləlik dövründə siqaret çəkən qadınlar dünyaya cinayətə meylli uşaqlar gətirirlər.

“Deyli teleqraf” qəzetinin yazdığına görə, tədqiqatçılar 1959-1966-cı illərdə doğulmuş uşaqlar, habelə onların anaları barədə məlumatları təhlil etmişlər. Məlum olmuşdur ki, siqaret çəkən anaların uşaqlarında antisosial davranış üç dəfə çox müşahidə olunur.

Tədqiqat müəlliflərindən biri professor Ceyms Uolker demişdir: “Hələlik dəqiq qənaətimiz yoxdur. Hərçənd hər şey məntiqə uyğundur. Siqaretin tərkibində ana bətnində körpənin inkişafına, sinir sisteminə təsir göstərən zəhərli maddələr çoxdur. Odur ki, qadınlara hamiləlik dövründə siqaret çəkmək qəti qadağandır”.

Bütün xəbərlər Facebook səhifəmizdə