Qırmızı rəngli qablarda qidalanmaq insanı arıqladır

Qırmızı rəngli qablarda qidalanmaq insanı arıqladır

Alman və İsveç alimlərinin araşdırmalarının nəticələrinə görə, qırmızı rəngli qablarda qidalanmaq arıqlamağa səbəb olur. Alimlər qırmızı rəngli qablarda qidalanan insanların 40 faiz az qida qəbul etdikləri qənaətinə gəliblər. Onların fikrincə, qırmızı rəng insanların şüurunda təhlükəlilik ideyasını aşılayır. Təcrübə qırmızı fincanda çay içən tələbələr üzərində aparılmışdır. Qırmızı fincanda çay içənlər o birilərindən 44 faiz az maye qəbul etmişlər.

Bundan əlavə, 109 nəfərə qırmızı qablarda yemək verilmişdir. Qırmızı qablarda yemək yeyənlər qidanı az qəbul etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə