Yapon alimləri kitabı cəmi bir dəqiqəyə rəqəmsal format şəklinə salacaq yüksək sürətli skaneretmə sisteminin yaradılması üzərində işləyirlər. SİA-nın məlumatına görə, sistemdə üçölçülü təsvirin sürətlə qeydə alınması prinsipinin tətbiqi sayəsində skaner edilmiş səhifənin əvvəlcədən səliqəli qoyuluşuna da ehtiyac olmayacaq. Çünki bu zaman əzik vərəqlər belə hamarlanacaq.
Kameranın işləmə sürəti saniyədə 500-dək surətin çıxarılmasını təmin edə bilər ki, bu da 60 saniyədə 170 skaner edilmiş səhifə deməkdir. Ultrasürətli skanerin prototipinin yaradılması isə 2 ilə başa gələcək.
Məlumatda qeyd edilir ki, dünyada 600 minə yaxın kitabxana fəaliyyət göstərir ki, onların saxlanılmasına hər il 8,7 trilyon dollar dəyərində külli miqdarda vəsait sərf edilir ki, bu da misal üçün silahlanmaya ayrılan vəsaitdən (100 milyard dollara yaxın) dəfələrlə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB