Xoruldayan qadınlar qocalanda ağıllarını itirirlər

Alimlərə görə xorultu xoşagəlməz hal olmaqla yanaşı, həm də sağlamlığa ziyandır. Xorultu özlüyündə ağciyərin hava ilə dolub boşalmasında müəyyən pozğunluğun yarandığını göstərir. Üstəlik, bir çox xoşagəlməz xəstəliklər törədir.

Kaliforniya Tibb Universitetinin mütəxəssislərinin xorultu mövzusunda son tədqiqatları göstərib ki, əgər xoruldamaqdan zərif cinsin nümayəndəsi əziyyət çəkirsə, onda ahıl yaşlarında həmin qadında kəmağıllıq, yaxud Altsheymer xəstəliyinin inkişafı riski yüksəlir. Məsələ bundadır ki, xorultu tənəffüs prosesində problem yaradır, yəni baş beyin oksigenlə kifayət qədər təchiz olunmur və nəticədə onun funksiyaları pozulur. Statistik məlumatlar göstərir ki, dünya qadınlarının 30 faizi xoruldadığı üçün yuxunun müddətinin və keyfiyyətinin pozulmasından əziyyət çəkir. Alimlərin xorultunun yalnız qadın orqanizminə təsirini təhlil etmələrinə baxmayaraq, onun kişilərə də eyni dərəcədə təsir göstərdiyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə