Yağlı yeməklərdən imtina edə bilməyən insanlar belə yeməklərin orqanizmə vurduğu ziyanı müxtəlif ədvalarla zərərsizləşdirə bilərlər.
Tədqiqatlarda iştirak edən Pensilvaniya Universitetinin əməkdaşı Şeyla Vest bildirib ki, adətən, yağlı yeməklər qanda triqlesiridlərin səviyyəsini yüksəldir. Əgər belə hallar tez-tez təkrarlanırsa, yaxud göstəricilər artırsa, ürək xəstəliklərinin inkişafı ehtimalı da güclənir. Ədvalar isə triqliseridlərin qatılığını üç dəfə azaldır.
Tədqiqatçı həmkarları ilə birlikdə 30-35 yaşlı altı nəfər üçün hazırladığı yeməyə rozmarin, oreqan, darçın, sarıkök, qara bibər, mixək, sarımsaq, qırmızı bibər, paprika kimi ədvaların hər birindən iki çay qaşığı əlavə edib. Eksperiment iştrakçılarına karri toyuğu, otlarla hazırlanmış italyan kökəsi və darçınlı peçenye təklif ediblər. Bundan əlavə, eyni yeməkləri ədvalarsız da hazırlayıblar.
Üç saat ərzində hər yarım saatdan bir könüllülərdən qan analizi götürülüb. Ədvalı yeməkləri yeyən iştirakçıların qanında antioksidantların fəallığı 13 faiz yüksəldiyi halda insulinin göstəricisi təxminən 20 faiz enib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB