Gecə işi xüsusən qadınlar üçün çox zərərlidir. Gecə işi ikinci tip diabet xəstəliyi riskini artırır. Harvard səhiyyə məktəbi alimlərinin apardıqları genişmiqyaslı tədqiqatın nəticələri belədir.
Alimlər 20 il - 1988-ci ildən 2008-ci ilədək 69 min amerikalı qadını müşahidə ediblər. Bu müddət ərzində müşahidə olunanlardan 6200 qadın diabet xəstəliyinə tutulub ki, onların da əksəriyyəti gecə işində çalışanlar olub. Alimlər belə qənaətə gəliblər ki, gecə işi “yuxu – oyaqqalma” tsiklini pozur və metabolizm sindromunun inkişafına və piylənməyə səbəb olur. Deyilənlərə bunu da əlavə etmək lazımdır ki, bundan əvvəl alimlər gecə işinin həm də döş xərçənginin inkişafına səbəb olduğunu sübut ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB