Ətirli şamlar siqaretdən daha təhlükəlidir!

Ətirli şamlar siqaretdən daha təhlükəlidir!

Romantik gecələrin, xanımların yataq otaqlarının dəyişməz atributu olan ətirli şamlar sən demə siqaretdən daha zərərlidir. Daha dəqiq desək, ucuz ətirli şamlar yananda onlardan ayrılan maddələr o qədər zəhərlidir ki, hətta siqaret tüstüsü də bu baxımdan onlarla rəqabətə girə bilməz. Bu yaxınlarda Amerika alimlərinin apardıqları tədqiqatın nəticələri məhz belədir.

Bir qayda olaraq, belə şamlar havası dəyişilməyən yerlərdə yandırılır ki, bu da onların sağlamlıq üçün zərərli effektini bir az da artırır. Qadınların çoxu bu şamlardan gecələr istifadə etməyi, sonra isə ətirli otaqda yatmağı üstün tutur. Amma məlum olduğu kimi, yuxuda ikən orqanizmdə mübadilə prosesləri daha intensiv gedir. Buna görə də belə şamlardan istifadənin zərəri dəfələrlə artır.

Otağı belə şamlarla ətirləndirmək mərasimləri təkrar olunduqca astma, allergiya və dəri xəstəlikləri arta bilər. Mumdan və soyadan hazırlanmış nisbətən bahalı şamların isə belə nöqsanları yoxdur. Tərkibində sintetik ətirli maddələr olan ucuz parafin şamları alanlar, bir qayda olaraq, ənənəvi risk qrupuna düşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə