Google və Facebook arasında rəqabət güclənir

Google və Facebook arasında rəqabət güclənir

Google şirkəti bu ilin payızında Google Me adlı yeni sosial şəbəkə təqdim edəcək. SİA-nın məlumatına görə, Google yeni təqdim olunacaq sosial şəbəkənin elementlərinə şirkətin əsas internet servislərini əlavə edib və dünyanın ən iri sosial şəbəkəsi olan Facebook-la rəqabət aparmaq niyyətində olduğunu bildirib.

Xatırladaq ki, şirkətin hazırda 2004-cü ildə təqdim olunan Orkut adlı sosial şəbəkəsi fəaliyyət göstərir. Bu sosial şəbəkənin qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 100 milyondur.

Bütün xəbərlər Facebook səhifəmizdə