Hər gün ən qısa müddətdə belə velosiped sürmək ürək xəstəliklərinin əmələ gəlmə riskini xeyli azaldır.
Britaniyalı alimlərə görə, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini 50 faiz azaltmaq mümkündür. Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Velosiped sürməklə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokalori atır. Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əritməyə imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə