Çox isti havalarda həkimlər yaşıl çay, kompot və kvas içməyi məsləhət görürlər.
Bu sərinləşdirici işçilər orqanizmin qızmasının qarşısını alır, su-duz mübadiləsini normallaşdırır. İsti havalarda orqanizmin qızması və susuzlaşması riski yaranır, nəfəs və tərlə birlikdə orqanizmin su itkisi artır.
Kəskin istilərdə təkcə orqanizmin susuzlaşmasından deyil, duz mübadiləsinin pozulması riskindən də ehtiyat etmək lazımdır. Yay aylarında fiziki işlə və idmanla intensiv məşğul olmaq nəticəsində orqanizm xeyli miqdarda duz itirir. Adi su duz itkisini kompensasiya etmir. Duz qıtlığını duzlu qazlı içkilər aradan qaldıra bilər. Rasionunuza daha ləzzətli içki olan çörək kvası əlavə etsiniz, daha yaxşı olar.
Yaşıl çay, kompot və kvas bədənin maye və duz balansını qorumaqla yanaşı, qan dövranını və təzyiqi, habelə ürək yığılmalarının tezliyini tənzimləyir.
İnsan orqanizminin gündəlik su tələbatı 2,5 litrdir. Mayenin ümumu həcminin təxminən üçdəbir hissəsini quru yeməklərdən alırıq. Bir məsələni də unutmaq olmaz ki, suyu çox içdikdə ürəyin yükü artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB