Amerika alimlərinə görə, tənhalığı fiziki ünsiyyətlə “bərpa” etmək olar. Hamıya məlumdur ki, ağır iş günündən sonra köpüklü isti vanna dincəlmək üçün ən gözəl vasitədir. Lakin “Teleqraf” qəzetinin yazdığına görə Yelsk universitetinin alimləri hesab edirlər ki, isti vanna qəbulu təklik hissini kənarlaşdırır. Tədqiqatların nəticələri göstərdi ki, təklikdən əzab çəkən insanlar şüurlu olaraq isti duş və vanna qəbul etməyə can atırlar. Təklik hissi nə qədər güclü olsa, insan suyu bir o qədər isti edir və bu proseduraya daha çox vaxt sərf edir.
Sən demə, isti vanna tənhalıq hissini azaldır. Belə ki, fiziki və sosial səmimiyyət gündəlik həyatda bir-birini qismən əvəz edə bilər. Biz təklik hissinə nə qədər çox qapılırıqsa, bir o qədər sosial ünsiyyətin yoxluğunu fiziki ünsiyyətlə əvəz etməyə çalışırıq.
Onlar bu nəticəyə 18-65 yaşında olan 400 könüllünün iştirak etdiyi sorğu əsasında gəliblər. Mütəxəssislər iştirakçılara su və vanna prosedurlarından əvvəl və sonra özlərini necə hiss etdiklərini göstərməyi təklif ediblər. Alimlərin fikrincə bu qarşılıqlı əlaqə insan beynində hələ uşaqlıqdan həkk olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə