Amerikalı alimlərinin fikrincə, səhərlər ürək tutmaları günün başqa vaxtları ilə müqayisədə daha təhlükəlidir. Belə ki, səhərlər ürək tutmaları daha ağır keçir və daha böyük nekrozlaşdırılmış toxuma sahəsi yaradır. Alimlər bunu insanın bioloji ritmlərinin xüsusiyyəti ilə izah edirlər: ürək-damar sistemi məhz səhər saatlarında daha aktiv olur. Odur ki, ürəyin fəaliyyətindəki nasazlıqlar, daha çox məhz həmin saatlarda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Əlbəttə, bu o demək deyildir ki, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən adamlar təkcə səhər saatlarında diqqətli olmalıdırlar. Lakin mütəxəssislərin fikrincə, ən təhlükəli vaxtı bilməyin əhəmiyyəti böyükdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB