Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.
Böyük alimin imzası olan, onun öz əli ilə düzəliş və əlavələr etdiyi makinada çap edilmiş altı orijinal məktub 1950-ci illərin əvvəllərində yazılıb. Həmin məktubları Eynşteyn həmkarları Devid Bom və Maks Borna ünvanlayıb.
Yerusəlimin Winners hərrac evi məktublardan 33-49 min dollar arasında gəlir götürməyi hesablamışdı. Lakin Eynşteynin yalnız Boma yazdığı məktub üçün adı çəkilməyən alıcı 84 min dollar ödəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB