Xəbərdarlıq: Oturaq iş ürək-damar və diabet xəstəlikləri yaradır

Xəbərdarlıq: Oturaq iş ürək-damar və diabet xəstəlikləri yaradır

Missuri Universiteti alimlərinin qənaətinə görə, oturaq iş hesab edildiyindən daha təhlükəlidir. Oturaq iş, belə vəziyyətdə telefonla danışmaq, televiziyaya baxmaq, oxumaq və s. təkcə çəkini artırmır. Uzun müddət hərəkət etməyən insan və ya heyvan orqanizmində sağlamlıq üçün çox riskli olan metobolik proseslər gedir, nəticədə ürək-damar və diabet xəstəlikləri inkişaf edir.

Həkimlər oturaq həyat tərzi keçirən insanlara həftədə heç olmazsa 5 dəfə yarım saat idmanla məşğul olmağı məsləhət görürlər. Tədqiqat müəllifləri belə qənaətə gəlmişlər ki, oturaq vəziyyətdən çıxmaq üçün sadə bir addım atmaq, bəzi işləri ayaq üstündə görmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə