Hindistanlı həkim: "Gülüş ürək və ağciyər üçün əla məşqdir"

Hindistanlı həkim: "Gülüş ürək və ağciyər üçün əla məşqdir"

Ürək insan orqanizminin motorudur. Bir növ potensial əbədi mühərrikdir. Əbədi də olmasa, azı 100 il fasiləsiz işləməyə qadirdir. Sadəcə, özünə qayğıkeş münasibət tələb edir. İnsanlar gülməyi unudublar. Hindistanda Indraprastha Apollo xəstəxanasının həkimi Saçandra Katariya Quptanın başçılıq etdiyi bir qrup tədqiqatçı belə qənaətə gəlib.

Onun hesablamalarına görə, əvvəllər insanlar gün ərzində 18 dəqiqə gülürdülər. Hazırda isə gülüş 6 dəqiqə çəkmir. Uşaqlar gün ərzində təxminən 400 dəfə gülə bilərlər. Yaşa dolduqca gündə 15 dəfə. Tibbi sübutlar göstərir ki, gülüş sağlamlıq durumunu yaxşılaşdırır, ürək və ağciyər üçün əla məşqdir. Belə ki, gülərkən ürək döyüntüsü tezliyi artır, beyin isə dincəlir.

Sirr deyildir ki, bütün xəstəliklərin 70 faizinə stress səbəb olur. Gərginlikdən qurtulmaq üçün bir çoxları siqaret, narkotik və alkoqollu içkilərə qurşanırlar. Lakin doktor Qupta stressi gülüşlə aradan qaldırmağı məsləhət görür. Tədqiqatın nəticələrinə əsasən, ağızı geniş açıb ürək dolusu gülmək daha faydalıdır.

Dodaqucu gülümsəmək isə əksinə, pis təsir göstərir. Odur ki, nəinki tez-tez gülmək, həm də müəyyən qaydada gülmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə