Qızardılmış balıq qadın ürəyi üçün zərərlidir

Qızardılmış balıq qadın ürəyi üçün zərərlidir

Amerika tədqiqatçıları ölkənin cənub ştatlarında qadınlar arasında ürək-damar xəstəliklərindən, xüsusən də insultdan ölənlərin sayının çox olması səbəblərini müəyyən ediblər. Alimlərin fikrincə, bunun səbəbi qadınların həmin ştatların əsas ərzaq məhsullarından biri sayılan qızardılmış balığa aludə olmalarındadır. Əslində, balığın tərkibindəki omeqa-3 piy turşuları belə xəstəliklərin yaranması riskini azaltmalıdır. Lakin balığın qızardılması həmin piy turşularının faydasını heçə endirir.

Professor Corc Qovard başda olmaqla, Birmingem Universitetinin (Alabama ştatı) bir qrup mütəxəssisisi yaşı 45-i ötmüş 21675 qadını bir neçə il ərzində müşahidə aparıb. Tədqiqatın nəticələri göstərib ki, həftədə iki dəfə və ya daha çox qızardılmış balıq yeyən qadınlarda ürək xəstəliklərinin inkişafı riski təqribən 30 faiz artır, halbuki başqa üsulla hazırlanmış balıq, əksinə, bu riski 17 faiz azaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə