Amerika alimləri kədərli bir qanunauyğunluq aşkarlayıblar. Demə, qışda doğulan uşaqlar gələcəkdə öz psixikalarının problemləri ilə baş-başa qalırlar. Belə “qış” adamlarında depressiya və şizofreniyalara daha çox rast gəlinir. Tennesi ştatındakı Vanderbilt Universitetində aparılmış tədqiqatların nəticəsinə görə, qaranlıqda və soyuqda doğulan körpələrdə bioritmin pozğunluğu müşahidə olunur. Bu da gələcəkdə ruhi xəstəliklərə yol açır.
Maraqlıdır ki, deyilənlərlə yanaşı “qış” adamları ürək, damar, xərçəng və diabet xəstəlikləri ilə çox az üz-üzə gəlirlər. Belə nəticəyə gəlmək olar ki, qışda doğulanlar psix-uzunömürlülərdir. Fevral və martda doğulanlar isə allergiklərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB