Çay zərərli yeməklərə üstünlük verdiyiniz halda belə çəkinizi saxlamağa kömək edir. Kobe Universitetinin (Yaponiya) alimləri də bu qənaətdədirlər.
Alimlər müəyyən ediblər ki, müntəzəm çay içmək qanda yağlı yeməklərlə bağlı dəyişikliklərin inkişafının, o cümlədən diabetin 2-ci tipinin əmələ gəlməsinin qarşısını alır. Bunu gəmiricilər üzərində aparılan eksperiment təsdiq edib.
Siçanların bir qrupunu doymuş piylərlə qidalandırıb, ikinci qrupuna isə adi yemək veriblər. Bu qruplardan hər birini bir neçə kiçik dəstəyə ayırıblar. Yarımqruplara 14 həftə ərzində yeməklə yanaşı su, qara və yaşıl çay veriblər. Tədqiqatçılar şahidi olublar ki, çayın hər iki növü gəmiricilərin qarın nahiyələrində kökəlmələrinə və piy toplamalarına imkan vermir. Üstəlik, qara çay yanlış qidalanmanın qana göstərdiyi mənfi təsirin (xolesterinin və şəkərin səviyyəsinin qalxması) qarşısını alır.
Nəticələrin ümidverici olmasına baxmayaraq, müstəqil ekspertlər buna şübhə ilə yanaşırlar. Axı, insanlar üzərində oxşar tədqiqatlar aparılmayıb. Əslində, çayın şəfaverici keyfiyyətləri barədə çox danışılıb. Alimlər sübuta yetiriblər ki, çay ürək-damar xəstəlikləri, xərçəng və Parkinson xəstəliyi riskini azaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB