Şirniyyatı sevən uşaqlar zorakılığa meyllidirlər?

Şirniyyatı sevən uşaqlar zorakılığa meyllidirlər?

Uşaq yaşlarında çoxlu şirniyyat yeyən insanlar yaşlandıqda zorakılığa daha çox meyl göstərirlər. Böyük Britaniya alimləri 17 mindən çox insanın iştirakı ilə tədqiqat aparıblar. Ekspertləri insanların 10 yaşında qida rasionu, habelə 34 yaşına çatdıqda onlara qarşı zorakılıqla bağlı irəli sürülən ittihamlar maraqlandırıb. Aşkar olunub ki, tədqiqatda iştirak edənlərin 69 faizi uşaq yaşlarında hər gün çoxlu şirniyyat yediyinə görə aqressivliyə meyllidirlər.

Psixoloqlar bunu belə izah edirlər ki, uşaqlara daim şokolad verilməsi onlarda arzu ediləni sakit şəkildə gözləmək vərdişi yaratmır. Buna görə də vacib olanın əldə edilməsinə səbirsizlik belə uşaqlarda aqressiv davranış əmələ gətirir ki, bu da sonralar hüquq qaydalarının pozulmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə