Maraqlı iddia: "Şəkərsiz qəhvə orqanizm üçün faydasızdır"

Maraqlı iddia: "Şəkərsiz qəhvə orqanizm üçün faydasızdır"

İspaniya neyropsixoloqları iddia edirlər ki, kofein və qlükozanın birləşməsi beyin üçün ideal qidalandırıcı “kokteyldir”. Barselona Universiteti mütəxəssislərinin apardıqları tədqiqatda 40 sağlam könüllü iştirak edib. Coşma mənbələrini və impulsların gücünü müəyyənləşdirmək üçün onların hamısını maqnit-rezonans tomoqrafiyadan keçiriblər. Bu şəxslərin yarısına tədqiqatdan əvvəl şirin qəhvə içməyi təklif ediblər. Məlum olub ki, məhz bu insanlarda iş yaddaşı və diqqətin əmələ gəlməsinə məsul olan zonaların aktivliyinin güclənməsi müşahidə edilib.

Avstraliya alimlərinin bu yaxınlarda apardıqları tədqiqat zamanı müəyyən edilib ki, populyar səhər içkisi ağır fiziki işdən sonra əzələlərin bərpasına kömək edir. Eksperimentdə hərəsi gündə ən azı 5 fincan qəhvə içən peşəkar idmançı-velosipedçilər iştirak ediblər. Alimlər aşkar ediblər ki, kofein qlükozanın əzələ hüceyrələri tərəfindən sürətlə həzm olunmasına kömək edir. Qlükoza hüceyrələrdə əsas enerji mənbəyi olan qlikogenə çevrilir. Çevrilmə prosesi kofeinin təsiri altında sürətlənir.

Bütün xəbərlər Facebook səhifəmizdə