Tədqiqatçılar belə qənaətə gəliblər ki, gündə bir qədəh qırmızı şərab qanda şəkərin səviyyəsini tənzimləməklə, şəkər xəstəliyini müalicə edir. Vyana Təbii Ehtiyatlar və Tətbiqi Elmlər Universitetinin alimlərinin fikrincə, şərabın tərkibində orqanizmdə şəkərin səviyyəsini tənzimləməyə kömək edən maddələrin yüksək konsentrasiyası cəmləşib. Bir qədəh qırmızı şərabın tərkibində antidiabetik dərmanların gündəlik dozası qədər faydalı maddə vardır.
Doğrudur, tədqiqatçılar şərabın insanlar üçün nə dərəcədə səmərəli olduğunu hələ öyrənməyiblər. Lakin əmindirlər ki, spirtli içkilərin pəhrizin tərkib hissəsi kimi az miqdarda qəbul edilməsi insanda ikinci tip şəkər xəstəliyinin inkişafı riskini azaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB