Həkimlər: Təmiz havada gəzmək intellekt səviyyəsini artırır

Həkimlər: Təmiz havada gəzmək intellekt səviyyəsini artırır

İllinoys Universitetinin alimləri “Sağlam bədəndə sağlam ruh” məsəlini elmi cəhətdən təsdiq ediblər. Neyrocərrahlar baş beyini tədqiq edərkən təmiz havada gəzinti ilə intellekt səviyyəsinin yüksəlməsi arasında birbaşa əlaqə olduğunu müəyyən ediblər.

Tədqiqatın rəhbəri, professor Art Kramer bildirib ki,“Həftədə 3 dəfə 40 dəqiqə təmiz havada gəzən adamların intellekt səviyyəsi artır. Addımların sürətinin isə heç bir əhəmiyyəti yoxdur”.

Gəzinti zamanı baş beyinin bütün strukturları fəallaşır, çünki insan çoxsaylı xarici qıcıqlandırıcılara - ətirlərə, işığa, səslərə, gözəl mənzərələrə reaksiya verir. Bu, xüsusilə, yaşlılar üçün vacibdir. Belə ki, gəzinti zamanı beyinin hissələri arasında əlaqə yaxşılaşır, qocalma prosesi zəifləyir, düşünmə qabiliyyəti yüksəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə