Avstraliyanın Dikina Universitetinin (Viktoriya ştatı) alimləri ailənin və ər-arvad münasibətlərinin möhkəmliyinin sirrini açıqlayıblar. Onların fikrincə, ailənin başçısı nikahda xoşbəxt olduğunu biruzə verməməlidir. Ər və arvadın birgə yaşayışdan doğan məmnunluq səviyyələri arasındakı fərq böyüdükcə, nikahın pozulması təhlükəsi artır.
Britaniya qəzetləri alimlərdən sitat gətirərək yazır: “Biz evli kişilərə xəbərdarlıq etməliyik ki, nikahda xanımlarına nisbətən daha xoşbəxt olduqlarını açıq göstərməsinlər. Əks halda cəsarətlə boşanmaya hazırlaşa bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB