Kanada alimlərinin qənaətinə görə, idmanla az-az məşğul olmaq, saatlarla məşğul olmaq qədər xeyirlidir. Onların fikrincə, 10 dəqiqə intensiv məşğələ bədənə saatlarla məşğul olmaqdan daha faydalıdır. Tədqiqatlar göstərmişdir ki, bədəni idman formasında saxlamaq üçün çox vaxt sərf etməyə ehtiyac yoxdur.
Eksperimentdə bir neçə könüllü iştirak etmişdir. Onlar 60 saniyə ərzində böyük sürət və səylə (ürəyin döyünmə tezliyi maksimum həddə olmuşdur) velotrenajoru hərəkət etdirmişlər. Könüllülər bu hərəkəti 10 dəfə təkrar etmişlər.
Təcrübənin sonunda alimlər müəyyən etmişlər ki, könüllülərin əzələlərində saatlarla məşğul olanların əzələlərindəki kimi dəyişikliklər baş vermişdir.
İntensiv və qısamüddətli məşqin nə üçün bu qədər səmərəli olması məlum deyildir. Alimlər təxmin edirlər ki, ənənəvi uzunmüddətli və qısamüddətli məşqlər hüceyrə metabolizmini eyni qaydada tənzimləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB