Şokolad stressi aradan qaldırır, insanı daha xeyirxah və alicənab edir

Şokolad stressi aradan qaldırır, insanı daha xeyirxah və alicənab edir

Şokolad və digər şirniyyatlar stress vəziyyətini aradan qaldırmaqla yanaşı, insanı daha xeyirxah və alicənab edir. Londonun “Deyli Meyl” qəzetinin yazdığına görə, bunu ABŞ-ın Kentukki ştatı Universitetinin alimləri müəyyən ediblər.

Onlar qlükozanın baş beyinə təsirini öyrənərkən aydın olmuşdur ki, bu maddənin orqanizmdə səviyyəsinin artması pis fikirləri, incikliyi, qisas almaq istəyini başdan çıxarır.

Kentukki Universiteti alimlərinin hesabatında deyilir: “İnsanın davranışı, o cümlədən alicənab və xeyirxah olmaq bacarığı orqanizmin qlükozadan səmərəli istifadə etməsindən asılıdır”.

Qlükozanın baş beyinin intellektual fəaliyyəti üçün faydalı olması artıq elmə məlumdur. İndi ABŞ alimləri aşkar etmişlər ki, o, həm də təcavüzkarlığı azaldır və sakitləşdirici təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə