Alman alimləri: Erkən oyanan arıların balı da keyfiyyətlidir

Alman alimləri: Erkən oyanan arıların balı da keyfiyyətlidir

Başqalarından tez oyanan və daha tez işə başlayan arıların balı daha keyfiyyətlidir. Bu faktı Almaniyanın Konstans Universitetinin alimləri müəyyən ediblər.

Tədqiqatlar zamanı aşlkar edilib ki, arılar səhərlər çiçəklərin rahiyəsini günün qalan hissələrinə nisbətən daha yaxşı duyur. Tədqiqatın rəhbəri professor Covanni Qalisiyanın fikrincə, bu, arıların səhər saatlarında daha iti işləyən beyninin xüsusi quruluşu ilə bağlıdır.

Çiçəklər məhz səhərlər daha şirəli olduğu üçün hissiyyat orqanları da fəallaşır. Əslində, bal yığımına daha tez qoşulan arıların sinir sisteminin inkişaf dərəcəsi də yüksək olur, çünki ağıllı arılar daha yaxşı qidalanır və deməli, daha yaxşı işləyirlər, lakin onlar başqalarından tez oyanmalı olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə