Lavleys Elmi-Tədqiqat Respirator Xəstəliklər İnstitutunun alimləri hesab edirlər ki, siqaret çəkənlər ya siqareti tərgitməli, ya da özlərini ocaq kənarında kabab yemək ləzzətindən məhrum etməlidirlər. Onlar müəyyənləşdiriblər ki, insan siqaret çəkirsə, odun tüstüsü onda xroniki obstruktiv ağciyər xəstəliyinin inkişafı riskini dörd dəfə artırır. Bu, siqaret çəkənin DNT-sində yaranmış dəyişikliklər üzündən baş verir.
Alimlər 40-75 yaş arasında siqaret çəkən, yaxud əvvəllər bu zərərli vərdişə aludə olan 1800-dən çox adam arasında sorğu apararaq, odun tüstüsünün onlara təsiri barədə məlumat toplayıblar.
Tədqiqatçılar ağciyər xərçənginin inkişafına cavab verən səkkiz gendə baş vermiş dəyişiklikləri təhlil ediblər. Məlum olmuşdur ki, odun tüstüsünün təsiri çox vaxt məhz siqaret çəkənlərdə respirator xəstəliklər əmələ gətirir, habelə xroniki obstruktiv ağciyər xəstəliyinin və ağciyər xərçənginin inkişafına görə məsuliyyət daşıyan genlərdə dəyişiklik əmələ gətirir. Bundan əlavə, alimlər odun tüstüsünün təsirini siçanlar üzərində sınaqdan keçirərək, sorğunun nəticələrinin təsdiq edən nəticələr əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB