Qadınlar üçün ən faydalı ərzaq məhsulu turşuya qoyulmuş kələmdir. O, həzm prosesini yaxşılaşdırır və zərərli maddələri orqanizmdən çıxarır. İkinci yeri avokado tutur. Onun tərkibindəki çoxlu vitamin dərini və saçı gözəlləşdirir. Bundan əlavə, avokadonun tərkibindəki maddələr qandan xolesterinin çıxarılmasına kömək edir. Üçüncü yerdə isə kividir. Bu məhsul dərinin elastikliyini və təravətini saxlamağa kömək edir. Siyahıya şampinyon və bərk pendir də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB