Qan Qruplarının Xüsusiyyətləri
I Qrup – qadınları cəlbedici, kişiləri isə Don Juandir
Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.
II Qrup - gülərüz və inadkardirlar
İkinci qan qrupu olan adamlar vicdanlı, tapşırılan işi canla-başla yerinə yetirən, son dərəcə işgüzar olurlar. Onlar hər şeydə bir düzən, səliqə-səhman axtarırlar. Xırdalıqlara fikir verən bu insanlar öz zəhmətsevərlikləri və məsuliyyətləri ilə seçilirlər.Vəzifədə artmaqdan ötəri səylə irəli gedirlər. İşi əsas götürürlər. Deiyrlər ki, yerdə qalan hər şey ikinci dərəcəlidir. Hansı işdən yapışsalar, yarıdırlar. Qətiyyətlə dedikləri sözə şübhə etməyin: onlar həqiqəti söyləyirlər. Şəxsi münasibətlərdə çox sədaqətlidirlər. Kiminlə dostluq etsələr, çalışırlar ki, bu, daimi olsun. Sakit, mülayim, gülərüz insanlardır. Hisslərini açıq büruzə vermirlər, ancaq tərslikləri və inadkarlıqları da var. Bu insanları öyrənmək çətindir, amma çox səmimi, etibarlı və qayğıkeş olduqları zaman keçdikcə üzə çıxır. Xoşməramlı, səbrli olduqlarından kollektivlə işləməyi bacarırlar. Onların mənfi xüsusiyyətləri inadkarlıqları və bir qədər qıcıqlandırıcı olmalarıdır. Öz narahatlıqlarını gizlədib, incikliklərini ürəklərinə saldıqlarından bu vəziyyətləri sonda istər-istəməz emosional partlayışa səbəb olur. Bu qrupun qadınları kimi, kişiləri də utancaqlıqları, sadiq və vəfalı ömür-gün həmdəmi olmaları ilə seçilirlər.
III Qrup - «Leyli və Məcnun«u keçirlər
Üçüncü qan qrupu olanlar həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardırlar. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Sakitliyin içində çox həssas adamın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərini çox güclü şəkildə büruzə verirlər. Sevgi məsələlərində «Leyli və Məcnun«u ötüb keçirlər. Qadınları küsəyəndir, onlar eyni qan qrupu olan kişilərdən güclüdürlər. Bu qrup insanlar öz bildiklərini edir, ətrafdakıların fikri onlar üçün o qədər də önəmli olmur. Üçüncü qrup qan daşıyıcıları incəsənətə meylli insanlardır və özlərinə məxsusluqları ilə seçilirlər. Onların əlindən çox iş gəlir və zəngin düşüncəyə malikdirlər. Ünsiyyətdən qaçır, çox danışmağı sevmirlər. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Buna baxmayaraq, ətrafdakıların fikrini daim nəzarətə alır, onların sevincinə və dərdlərinə şərik olurlar. İlk baxışdan olduqca sakit və hövsələli görünsələr də, əslində onların içində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bu qan qrupundan olan qadınlar dəhşətli dərəcədə qısqancdırlar, kişilərindən isə yaxşı dost çıxar.
IV Qrup - hisslərinin əlində acizdirlər
Dördüncü qan qrupu olanlar hisslərinin əlində acizdirlər. Ehtiras sanki onları dağıdır, bu da daxili, mənəvi rahatsızlığa gətirib çıxarır. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təklikdə çəkir, heç kəsə bir söz demirlər. Sevgidə, dostluqda, ailə həyatında onlar ideala yaxındırlar. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. Dünyada bu qan qrupu daşıyıcıları çox azdır. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilrlər. Adətən ikili xasiyyətli olurlar, həm soyuqqanlı, həm də xasiyyətini tez-tez dəyişməsi müşahidə olunur. Yaxşı biznesmen olurlar. Öz təşkilatçılıq bacarıqları ilə fərqlənirlər. Düzgünlükləri və hadisələri düzgün təhliletmə bacarığı ilə seçilirlər. İnsanlarla ünsiyyəti çox sevirlər, ilk dəfə olduqları məclisdə belə asanlıqla ürəklərə yol tapırlar. Xırdaçı deyillər. Bəzən atdıqları addımın sonunu belə düşünmürlər. Kinli deyillər. Anadangəlmə siyasi məharətləri sayəsində çoxlu sayda dost qazanırlar. Onlar gözəl ömür-gün həmdəmidirlər. Bütün bunlara baxmayaraq, 4-cü qrupa məxsus insanlar qərar verməkdə olduqca çətinlik çəkirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



