Qusarda 2400 metr yüksəklikdə yeni televiziya ötürücü qülləsi inşa edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2010-cu il tarixində respublikanın şimal bölgəsinə səfəri zamanı Qusar rayonu Samur-Həzrə yolunun açılış mərasimində ictimaiyyətin nümayəndələri ilə görüşündə televiziya proqramların yayımında olan müəyyən problemlər barədə ölkə başçısına müraciət edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, problemlərin aradan qaldırılması məqsədi ilə sözügedən bölgədə AzTV və İctimai TV proqramlarının yayımı monitorinq edilib və İctimai TV proqramı yayımının keyfiyyətinin və əhatəsinin artırılması üçün Qusar rayonunun Həzrə kəndində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) tərəfindən yeni televiziya vericisi quraşdırılıb. Eyni zamanda, Qusar rayonunun Sudur, Mucuq, Əcaxur, Yuxarı Tahıtçal, Gican və Xuluq kəndlərində AzTV və İctimai TV proqramlarının yayım keyfiyyətinin daha da artırılması üçün Sudur kəndinin yuxarı dağ ərazisində, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə "Teleradio" İB tərəfindən yeni televiziya ötürücü qülləsi inşa edilib və televiziya vericiləri quraşdırılaraq istifadəyə verilib.
Göstərilənlərlə yanaşı bu bölgədə "İdman Azərbaycan" televiziya, "Respublika" və "İctimai" radio proqramlarının yayım keyfiyyətinin və əhatəsinin artırılması üçün əlavə avadanlıqlar istismara verilib. Qeyd olunan bölgədə respublikanın özəl televiziya proqramlarının yayımının təşkili üçün "Teleradio" İB-nin texniki bina, qüllə, peyk qəbulu, elektrik təchizatı və digər texniki imkanlarından müvafiq qaydada istifadə edilməsinə şərait yaradılıb və bu zonada yaşayan əhalinin özəl televiziya proqramlarını seyr etmələrinin təşkili üçün özəl televiziya şirkətlərinə müraciət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB