Nyu Yorkda baş verən hadisə görənləri şoka salıb. Belə ki, 22 yaşlı gənc özünü 40 mərtəbəli binanın damından aşağı atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, binanın həyətində saxlanılan avtomobilin üzərinə düşən gənc möcüzə əsasında sağ qalıb.Hadisənin şahidləri 22 yaşındakı Tomas Maqilin 40 mərtəbəli göydələndən tullandığını və "Dodge Charger" markalı idman avtomombilin arxa şüşəsindən içəri, kresloya düşdüyünü bildiriblər.
Polis əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır.
Məlumat üçün bildirək ki, qıçları qırılan Maqilin vəziyyətinin kritik olduğu qeyd edilib.
Qeyd edək ki, Nyu Yorkda buna bənzər bir hadisə 2007-ci ilin dekabr ayında Alsides Moreno adlı şüşə təmizləyicisinin 47 mərtəbəli göydələnin damından düşməsinə baxmayaraq həyatda qalması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB