Bədəninizi gümrah tutacaq, enerji verəcək qidalar...- FOTOSLAYD

Bədəninizin suya olan ehtiyacını lazımınca ödəyin. Çox tərlədiyimizdə bədənimiz çoxlu su itirir və bu itkini dərhal kompensasiya etməliyik. Susadığımızı hiss etdiyimiz an, su içmək üçün çox gecikdiyimizin əlamətidir. Tərlədiyimizi hiss etdiyimizdə, susamasaq belə su içməliyik. Bunu unutmamaq lazımdır ki, hər insan gündə təxminən 1-2 litr (6-8 stəkan) suya ehtiyac duyur. Ancaq bu yaşadığımız isti günlərdə daha çoxuna ehtiyacımız var.

Qəlyanaltıda nələr yeməlisiniz? Gecə yatarkən bədəniniz uzun zaman qida qəbul etmədiyi üçün səhərlər bütün ehtiyacları ödəmək istəyir və budur lazım olan qidalar:

Pendir, zeytun, bal ya da cem və meyvə şirəsindən ibarət olan qəlyanaltı edə bilərsiniz. Bununla yanaşı, yalnız bananlı süd içə bilərsiniz.

Hər gün nizamlı olaraq üç dəfə yemək yediyinizə əmin olun və boş vaxtlarınızda da sağlam və yüngül qidalarla başınızı qata bilərsiniz.

Bədəninizin dəmirə olan təlabatlarınıda möhkəmləndirmək vacibdir. Dəmir tərkibli qida qəbul etməyə çox böyük ehtiyacımız var. Xüsusilə bu təlabata qadınların kişilərdən daha çox ehtiyacı var. Dəmir bədəndə hemoqlobinin artımına səbə olur. Hemoqlobin qanı rəngləndirən, qana oksigen daşıyan bir piqmentdir. Bu da tərkibində dəmir olan qidalar: Mal və quzu əti kimi qırmızı ət növü buna misal ola bilər.

Bundan başqa, yaşıl kələm, kahı kimi yaşıl tərəvəzlər və ərik, kişmiş və digər qurudulmuş meyvələr, daha sonra mərcimək, göy noxud, paxladan da istifadə etmək də məqsədə uyğundur.

Bu cür sağlam qidaları nizamlı olaraq, lakin miqdarını çoxaltmamaq şərti ilə qəbul edin ki sonradan həkimlərə müraciət etməyəsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...