Tez əsəbiləşmək, gərginlik, tərləmə, tez yorulma, əl və ayaqlarda keyləşmə, baş ağrısı, baş gicəllənməsi kimi sağlıq problemlərinin səbəbi qanazlığıdır. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, həkimlər qanazlığının ən çox qadın və uşaqlarda rast gəlindiyini açıqlayıb.
Həkim Ümid Koçak qanazlığının (anemiya) səbəbinin "Dəmir çatışmazlığı, B12 vitamini əksikliyi, tiroid xəstəlikləri, gizli ya da görülən qan itkiləri, doğuşdan gələn bəzi qan xəstəlikləri, sümük iliyi xəstəlikləri, bəd xassəli xəstəliklər, xroniki infeksiyalar, C vitamini, folik turşu və digər B vitaminlərinin azlığı" olduğunu açıqlayıb.
Koçak qanazlğından əziyyət çəkənlər üçün bir sıra məsləhətlər verərək bildirib ki, qan azlığının qarşısının alınmasında sağlam və balanslı qidalanmaq çox əhəmiyyətlidir. Dəmir və B12 vitaminli qidaların istifadə edilməsi zəruridir. Taxıl məhsulları B vitaminləri, yaşıl yarpaqlı tərəvəzlər folik turşusu ilə zəngindir. Meyvələr bir çox vitaminin xüsusilə C vitamininin mənbəyidir.
Koçak insanların doğru zənn etdikləri səhvlərə də toxunaraq xatıraldıb ki, "İspanaq faydalı bir tərəvəzdir, amma tərkibində dəmir olduğu fikri səhvdir. Başqa bir səhv də dalaq yemənin çox xeyirli olmasıdır, halbuki belə bir faydası yoxdur. Başqa sözlə uşaqlarınızı dalaq yeməyə məcbur edib, ətdən diksindirmək dərəcəsinə gətirməyin.
Həkim onu da qeyd edib ki, üzüm və doşab da faydalı qidalardır, amma bunların da qan yaratma xüsusiyyəti daşıdığı fikri yanlışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB