Yayda hansı eynəklərə üstünlük verilməlidir?

Yayda hansı eynəklərə üstünlük verilməlidir?

Qarşıdan yay fəslinin gəlməsi günəş eynəklərindən istifadəni qaçilmaz edir. Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər.
Kosmetik eynəklər kosmetik funksiyanı yerinə yetirərək, imici nəzərə çarpdıran aksessuar rolunu oynayır. Onlar sizi günəşdən qorumasa da, sizə ziyan da vurmayacaqlar. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz. "Xameleonlar" adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq, işıqlandırmadan asılı olaraq, rənglərini dəyişirlər.

Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" müxtəlif cür - güclü və ya zəif dərəcədə tutqunlaşırlar.
Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa o, sizə düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək edər.

Bütün xəbərlər Facebook səhifəmizdə