Üzgüçülük idman növü artıq çəki problemlərinə də təsirlidir. Üzərkən yaranan müqavimətin qüvvət yaratması, üzgüçülük və suda edilən idman hərəkətləri, artıq yağlara və kaloriyə faydalıdır. Bundan əlavə düzgün bir pəhriz proqramının tətbiqi də səmərəlidir.
Onuda qeyd etmək lazımdır ki, üzmə bütün əzələləri eyni anda işlədən idman növlərindən biridir. Ayaq barmaqlarınızdan boynunuza qədər olan bütün əzələləri işlətmək üçün olduqca təsirlidir. Üzmə əsnasında ətrafda ən çox çiyin və qollarınız hərəkətdə olur ancaq kürək əzələlərini üzərək gözəl qurluşa gətirmək olur. Eyni zamanda, özünüzü qıçlarınızla suyun içində itələyərkən qıç, omba və bel əzələlərini də inkişaf etdirə bilərsiniz.
Üzməni yeni öyrənənlər üzgüçülük hərəkətlərini ehtiva edən məşqləri öyrənə bilər. Bu məşqlər əzələləri işlətməyə təsirlidir.
Üzgüçülük ideal bədən və əzələ quruluşuna sahib olmaqdan əlavə beyin üçün də faydalıdır. Məşq zamanı temperaturda dəyişiklik olduqda qavrama qabiliyyəti yaxşılaşır. Üzgüçülüklə məşğul olarkən əməl edilməli əsas qaydalardan biri də kifayət qədər maye qəbul etməkdir. Bu yolla enerjini tez zamanda bərpa etmək olur.
Bütün bunlarla yanaşı üzmək eyni zamanda təzyiq və ürək problemi olanlara da müsbət təsir edir. Üzgüçülükdən əvvəl və sonra edilən hərəkətlər isə əzələləri gücləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB