Alimlərdən gəncliyi qorumaq düsturu: Sağlam həyat tərzi, yaxşı qidalanmaq və doyunca yatmaq
Harvard Universitetinin mütəxəssisləri irsi faktora baxmayaraq, gəncliyi qoruyub saxlamaq vasitələrindən danışıblar."Peterburqskiy dnevnik" saytı xəbər verir ki, alimlərin fikrincə, xarici görünüşün yaşla əlaqədar dəyişməsində aparıcı rol heç də həmişə genlər oynamır. Eksperimentdə genetik məlumatlarının əlverişsiz olmasına baxmayaraq, xarici görünüşünü gənc saxlamağa müvəffəq olan xanımlar iştirak edib. Onlar bir qayda olaraq sağlam həyat tərzi keçirib, yaxşı qidalanıb və doyunca yatıblar.
Eksperimentin nəticəsində alimlər gəncliyi qoruyub saxlamağın formulunu müəyyən ediblər: gündə azı 7 saat dincəlmək, idmanla məşğul olmaq, müntəzəm olaraq dərini nəmləndirmək və günəşli havada eynək taxmaq. Belə ki, sabit fiziki fəallıq uzun müddət gənc qalmaq şansını 14 faiz, vitaminlər 18 faiz, yaxşı yuxu isə 10 faiz artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB