Hər il aprel ayının üçüncü şənbə günü dünyadakı sirk ustaları və sevənləri qeyri-adi bayram olan Beynəlxalq Sirk gününü qeyd edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu günün məqsədi təkcə bu sənəti sevənlərə sirk nümunələri göstərmək deyil, sirk sənətinin mədəniyyətə verdiyi töhfələri yad etməkdir. Dünyanın müxtəlif yerlərində sirki təkcə uşaqlar deyil, böyüklər də sevir.
Məlumata görə, festival keçirilməsi təşəbbüsü ilə kraliça Monako Stefaninin himayəsi altında fəaliyyət göstərən Avropa Sirk Assosiasiyası və Dünya Sirk Federasiyası 2009-cu ildə çıxış edib. Bu gün ilk dəfə 2010-cu ildə qeyd olunub. Hazırda bu gün bir çox ölkələrdə qeyd olunur. Hazırda bu bayramın YUNESKO-nun bayram siyahısına daxil edilməsi üzərində işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB