Ən təhlükəli ölkələrin ADLARI

Ən təhlükəli ölkələrin ADLARI

Dünya İqtisadi Forumu ən təhlükəli ölkələrin siyahısını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, siyahıda təhlükəliliyinə görə ilk yeri Kolumbiya tutur. İkinci yeri Yəmən, üçüncü yerdə isə Mərkəzi Amerika Salvador qərarlaşıb. Pakistan siyahıda dördüncü, Nigeriya isə beşincidir. Siyahının onluğuna Venesuela, Misir, Honduras, Keniya da daxildir.

Qeyd edək ki, reytinq dövlətlərdə terror hadisələri, hərbi münaqişələr, vətəndaşların hüquqlarının qorunmasında hüquq mühafizə orqanlarının qabiliyyəti, cinayət hadisələri və digər parametrlər nəzərə alınaraq hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə